Ronaldo PSJ-yə keçə bilər
11-01-2022, 18:42
Oxunub: 5 320
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını Fransada davam etdirə bilər.
PSJ portuqaliyalı hücumçu ilə yaxından maraqlanır. Yayda Kilian Mbappenin İspaniya "Real Madrid"inə keçə biləcəyini nəzərə alan paytaxt klubu onun boşluğunu məhz 37 yaşlı forvardla doldurmaq niyyətindədir.
Təcrübəli oyunçu "qırmızı şeytanlar"la vidalaşmağa qərar versə, PSJ onunla danışıqlara başlayacaq.
Daha əvvəl Mançester təmsilçisindəki vəziyyətindən narazı qalan Ronaldunun agenti Jorje Mendeşə müraciət edərək ona yeni klub tapmasını istədiyii bildirilib. Futbolçu deyib ki, durum müsbətə doğru dəyişməsə, komandanı tərk edəcək.
Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm "Mançester Yunayted"in heyətində Premyer Liqada meydana çıxdığı 16 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər