Azərbaycan Premyer Liqasında 22-ci tura start verilir
9-04-2022, 13:48
Oxunub: 1 832
Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start veriləcək.
İlk oyun günündə iki görüş keçiriləcək. Turun açılış matçı Şamaxıda gerçəkləşəcək. "Şamaxı" yeni adı altında ilk rəsmi matçına çıxacaq. Sənan Qurbanovun komandası "Neftçi"ni qəbul edəcək. Görüş tərəflərin ölkə çempionatlarındakı 70-ci oyunu olacaq. Əvvəlki 69 qarşılaşmanın 38-də paytaxt klubu, 16-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 111:67.
Günün ikinci matçı "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edəcək. Buna qədər Premyer Liqada baş tutan 14 qarşılaşmanın 5-də meydan sahibləri, 4-də "qartallar" meydanı 3 xalla tərk edib. Topların nisbəti bərabərdir - 19:19.
Azərbaycan Premyer Liqası, XXII tur
9 aprel (şənbə)
14:00. "Şamaxı” – "Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.
17:00. "Sabah” – "Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bank Respublika Arena
22-ci tura aprelin 10-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.
"Qarabağ" - 49, "Neftçi" - 38, "Zirə" - 36, "Qəbələ" - 34, "Sabah" - 29, "Şamaxı" - 20, "Sumqayıt" - 14, "Səbail" - 11
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət