BolgeXeber.Com » İdman » "Qarabağ" Qurban Qurbanovla müqaviləni uzadıb

"Qarabağ" Qurban Qurbanovla müqaviləni uzadıb

11-05-2022, 17:17
Oxunub: 5 768 "Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.
Bolgexeber.com "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Qurbanov bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. "Köhlən atlar" ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.