BolgeXeber.Com » İdman » Bu gün “Qarabağ” - “Ferensvaroş” matçı var

Bu gün “Qarabağ” - “Ferensvaroş” matçı var

3-08-2022, 10:52
Oxunub: 4 296 Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün növbəti matçına çıxacaq.
Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv ÇL-in üçüncü təsnifat mərhələsinin ilk matçında doğma azarkeşləri önündə Macarıstan çempionu “Ferensvaroş”u qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) - “Ferensvaroş” (Macarıstan)
Baş hakim: Andreas Ekberq (İsveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu