Avropa Liqası: “Qarabağ”ın 11 potensial rəqibi dəqiqləşdi
25-08-2022, 13:28
Oxunub: 5 696
"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i dəqiqləşib.
"Köhlən atlar” avqustun 26-da gerçəkləşəcək püşkatma mərasimində ikinci səbətdə yer alacaq.
İndiyədək birinci səbətdəki səkkiz klubdan yeddisinin adına aydınlıq gəlib. Bunlar "Mançester Yunayted”, "Arsenal” (hər ikisi İngiltərə), "Roma”, "Latsio” (hər ikisi İtaliya), "Braqa” (Portuqaliya), "Dinamo” (Kiyev, Ukrayna), "Srvena Zvezda” (Serbiya) komandalarıdır.
Hələlik üçüncü səbətdə Almaniyanın "Union” (Berlin) və "Frayburq”, dördüncü səbətdə isə Belçika "Yunion”u ilə Türkiyə "Trabzonspor”unun olacağı dəqiqdir.
PSV (Niderland), "Renn” (Fransa), "Monako” (Fransa) və "Real Sosyedad” (İspaniya) II səbətdə yer alacaq və "Qarabağ”la düşməyəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin görüşlərin ardından səbətlərin tərkibi tam müəyyənləşəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər