“Beşiktaş” -“Qalatasaray” matçında qalmaqal -Video-Fotolar
23-09-2013, 08:25
Oxunub: 7 910
Felip Melonun qırmızı kart alması stadionu qarışdırıb
Türkiyə Super Liqasında keçirilən “Beşiktaş”-“Qalatasaray” matçında qalmaqal yaşanıb. Ortalıq qarşılaşmanın 90+2 dəqiqəsində qalatasaraylı Felip Melonun qırmızı kart almasından sonra qarışıb. Meloya qırmızı kart göstərilməsinə səbəb isə onun braziliyalı oyunçu Mottaya qarşı hərəkəti olub. Bundan sonra iki futbolçu arasında dava başlayıb. Droqba Melonu sakitləşdirərək soyunma otağına göndərib. Yaşanmış hadisəyə əsəbləşən bir çox "Beşiktaş" azarkeşi isə stadiona enib. Stadiona girən azarkeşlərə polis müdaxilə edib. Futbolçular soyunma otaqlarına gediblər. Azarkeşlər isə hüququ mühafizə orqanı əməkdaşlarına stullarla hücum edib. Bundan sonra polis bibər qazından istifadə etməyə vadar olub. Qeyd edək ki, oyun "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə bitib.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər