BolgeXeber.Com » İdman » Nəriman Abbasov UFC-dəki ilk görüşündə uduzdu - Video
Nəriman Abbasov UFC-dəki ilk görüşündə uduzdu - Video
7-09-2022, 11:20
Oxunub: 3 584Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb. 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib. Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb. Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib. Bu qələbə onun rəqibi üçün MMA-da 17-ci (üç məğlubiyyət - red) olub. Xatırladaq ki, Abbasov daha əvvəl "AMC Fight Nights” turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub. Azərbaycanlı döyüşçü texniki fasilə ilə qalib gəlib.
Döyüşçülər iyunun 10-da Moskvada keçirilən "AMC Fight Nights” 112 turnirinin birincisi olublar.