Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiakos"la qarşılaşacaq
6-10-2022, 10:01
Oxunub: 4 968
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
"Köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.
Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.
Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, III tur
6 oktyabr
23:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)
Pirey, "Georgios Karaiskakis"
Xal durumu: "Frayburq" - 6, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər