"Qalatasaray"a kim rəhbərlik edəcək?
29-09-2013, 11:00
Oxunub: 3 729
"Qalatasaray" Roberto Mançini ilə müqavilə imzalamağa çox yaxındır. Anspress-in Türkiyə mətbuatına istinadən məlumatına görə, italiyalı jurnalistAlfredo Pedulla Twitter-də "Qalatasaray"la Roberto Mançinin anlaşmaq üzrə olduğunu yazıb: "Mançini ilə "Qalatasaray" arasında danışıqlar intensiv şəkildə keçirilir. Yaxın günlərdə Mançini "Qalatasaray"la müqavilə imzalaya bilər. Hələlik Mançini konkret razılığını bildirməyib".
Türkiyənin "Lig TV" kanalına danışan Şansal Büyük bu gün "Qalatasaray"ın Mançini ilə bağlı müqavilə bağlayacağını iddia edib.
Sözügedən kanalda verilən başqa bir iddiaya görə, Roberto Mançini “Qalatasaray” - “Rizespor” (1:1) oyununu stadiondan izləyib.
"Qalatsaray"ın canlı əfsanəsi, millət vəkili Hakan Şükür də Mançini ilə "Cim-Bom"un anlaşmaq üzrə olduğu barədə xəbərləri təsdiq edib: "Mançini ilə tanışlığım var. Bir qədər əvvəl onunla danışdım. Mançini ilə "Qalatasaray"ın apardığı danışıqlar son mərhələdədir. Sadəcə baş məşqçinin köməkçilərinin kim olacağı ilə bağlı məsələdə anlaşılmazlıq var (Fatih Terimin köməkçiləriÜmit Davala və Hasan Şaş idi - red). Mançini öz köməkçilərini "Qalatasaray"a gətirmək istəyir. Bu məsələnin də həllini tapacağını düşünürəm".
Çox Oxunanlar
- 18-11-2023, 18:27 : Məşhur rus killeri azadlığa buraxıldı
Dünya / Xəbərlər
- 11-11-2023, 18:52 : Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Şou-Biznes / Xəbərlər
- 25-11-2023, 17:54 : AFFA bu klubla bağlı məlumat yaydı
İdman / Xəbərlər
- 2-12-2023, 17:21 : NİİM bu sürücülərə müraciət etdi
Xəbərlər / Ölkə
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial
- 17-11-2023, 18:42 : Azərbaycan və İran səfirləri nəyi müzakirə etdi?
Siyasət / Xəbərlər
- 10-11-2023, 10:22 : ABŞ rəsmisi Azərbaycanla bağlı bu suala cavab tapmadı
Gündəm / Siyasət
- 10-11-2023, 13:34 : Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi
Gündəm / Şou-Biznes
- 10-11-2023, 13:34 : Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi
Gündəm / Şou-Biznes
- 10-11-2023, 09:54 : Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
Gündəm / Sosial