BolgeXeber.Com » İdman » DÇ-2022: Avropa təmsilçiləri Amerika, Afrika və Asiya yığmalarına qarşı - AFİŞA

DÇ-2022: Avropa təmsilçiləri Amerika, Afrika və Asiya yığmalarına qarşı - AFİŞA

23-11-2022, 09:54
Oxunub: 2 688 Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha dörd oyun keçiriləcək.
Günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeşi sınağa çəkəcək.
Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.
E qrupunda Almaniya seçməsi Yaponiya, İspaniya isə Kosta-Rika ilə üz-üzə gələcək.
DÇ-2022
23 noyabr
F qrupu
14:00. Mərakeş - Xorvatiya
Baş hakim: Fernando Rapallini (Argentina)
“Əl Bayt” stadionu
23:00. Belçika - Kanada
Baş hakim: Canni Sikazve (Zambiya)
“Əhməd Bin Əli” stadionu
E qrupu
17:00. Almaniya - Yaponiya
Baş hakim: İvan Barton (Salvador)
“Xəlifə” stadionu
20:00. İspaniya - Kosta-Rika
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri)
“Al Tumama” stadionu