BolgeXeber.Com » İdman » Hacı Əliyev Avropa çempionatında yarımfinala yüksəldi

Hacı Əliyev Avropa çempionatında yarımfinala yüksəldi

17-04-2023, 15:50
Oxunub: 2 320
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Bolgə.TV xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Canluka Talamo (İtaliya) və Kevin Kristofer Henkeli (Almaniya) məğlub edib.

Bu gün, həmçinin, Əliabbas Rzazadə (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Əli Rəhimzadə (65 kq) 1/4 final görüşünə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.