BolgeXeber.Com » İdman » “Formula-1”: Bəzi yollar bu gecədən bağlanır

“Formula-1”: Bəzi yollar bu gecədən bağlanır

20-04-2023, 12:18
Oxunub: 1 904
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına davam edir.

Bolgə.TV xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, 20 aprel gecə 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Xatırladaq ki, ümumlikdə aprelin 24-də gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Hərəkət 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.