BolgeXeber.Com » İdman » Samboçularımızdan Avropa çempionatında 4 medal

Samboçularımızdan Avropa çempionatında 4 medal

21-04-2023, 18:07
Oxunub: 1 792
Azərbaycan samboçuları Avropa çempionatında bir neçə medal qazanıblar.

Bolgə.TV xəbər verir ki, Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən bildirilib ki, samboçulardan ibarət milli komandamız İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.

Mirfəttah Seyidəliyev (64 kq) ikinci yeri tutub. Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.

Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir.

Xatırladaq ki, qitə birinciliyi aprelin 23-də başa çatacaq.