BolgeXeber.Com » İdman » “Formula 1": Azarkeş zonasına bu əşyaları gətirmək qadağandır - SİYAHI

“Formula 1": Azarkeş zonasına bu əşyaları gətirmək qadağandır - SİYAHI

26-04-2023, 10:02
Oxunub: 1 752
Daxili İşlər Nazirliyi (DİN) “Formula 1 Azərbaycan Qran Prisi” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olan əşyaların siyahısını yayıb.

Bolgə.TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, spirtli içkilər, hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla), qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar, lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter, soyuducu qutular, pikinik üçün səbətlər, iri əşyalar və bel çantaları, tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər, peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar və.s əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.