BolgeXeber.Com » İdman » "Qarabağ" bu gün çempionluğu təmin edə bilər

"Qarabağ" bu gün çempionluğu təmin edə bilər

13-05-2023, 11:32
Oxunub: 1 416
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək.

Bolgə.TV xəbər verir ki, matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq. Günün ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. Hazırda "qırmızı-qaralar" 48 xalla 4-cü, Tovuz klubu isə 35 xalla 6-cı pillədə qərarlaşıb.

İki komanda bunadək ölkə çempionatında 3 dəfə üz-üzə gəlib. İlk matçda "Qəbələ" qələbə qazanıb. Son iki görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Elmar Baxşıyevin başçılıq etdiyi komanda üstündür - 3:1.

Günün son oyununda "Qarabağ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Hazırda 84 turnir cədvəlinə başçılıq edən Ağdam klubu qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Elitada qalmaq uğrunda mübarizə aparan "dənizçilər" isə 25 xalla 9-cu sırada yer alıb.

Komandaların indiyədək çempionatda baş tutan 22 görüşündə "köhlən atlar" 18 dəfə qələbə sevinci yaşayıb. Bakı klubunda bu göstərici cəmi ikidir. Eyni sayda qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbəti də son Azərbaycan çempionunun xeyrinədir - 47:8.

"Qarabağ" son 5 oyunda qələbə qazanıb. Son 7 matçda qalib komanda ən azı 3 qol vurub.