BolgeXeber.Com » İdman » Ziyeçin adı "Qalatasaray"la hallanır

Ziyeçin adı "Qalatasaray"la hallanır

2-06-2023, 16:34
Oxunub: 3 264
"Çelsi"dən ayrılmağa hazırlaşan Hakim Ziyeçin adı "Qalatasaray"la hallanır.

“Çelsi”yə yeni baş məşqçi təyin olunan Poçettino da futbolçunun komandadan göndərilməsinə razılıq verib. “Africafootunited”in xəbərinə görə, “Çelsi” mərakeşli ulduz üçün 18 milyon avro tələb edir. Məlumata görə, tərəflər transferin detallarını müzakirə edir. Hakim Ziyeç təklifi rədd etməyib.

Qeyd edək ki, mövsümün fasiləsində "Qalatasaray" Hakim Ziyeçə təklif göndərib. Lakin futbolçu PSJ-ni seçmişdi. Sənədlər vaxtında təsdiq edilmədiyinə görə, Ziyeçin PSJ-yə keçidi baş tutmamışdı.

"Çelsi" 2025-ci ilə qədər müqaviləsi olan Hakim Ziyeç üçün "Ayaks"a 40 milyon avro ödəyib.