BolgeXeber.Com » İdman » Musa Qurbanlıya Avropadan təklif var

Musa Qurbanlıya Avropadan təklif var

14-06-2023, 18:21
Oxunub: 2 464
“Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını Avstriyada davam etdirə bilər.

Bolgə.TV xəbər verir ki, “Zalsburq” 21 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bundesliqa təmsilçisinin mümkün yay transferlərinin sırasında Musa Qurbanlının da adı var.

Azərbaycan millisinin üzvü ötən mövsüm Premyer Liqada 32 oyunda 21 qol vurub, 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, daha əvvəl Musa Qurbanlının İtaliya A Seriyasında oynaya biləcəyi barədə xəbərlər yayılıb//metbuat.az