BolgeXeber.Com » İdman » "Qarabağ" Portuqaliyadan yarım milyon avroluq transfer edir

"Qarabağ" Portuqaliyadan yarım milyon avroluq transfer edir

24-06-2023, 17:24
Oxunub: 2 800
"Qarabağ" klubu Portuqaliyanın "Şaveş" klubunun vingeri Juninyonu transfer edir.

Bolgə.TV bildirir ki, bununla bağlı "O Jogo" nəşri məlumat yayıb. Məlumata görə, "Qarabağ" 26 yaşlı futbolçu üçün qarşı tərəfə 500 min avro ödəməli olacaq.

Bildirilir ki, "Qarabağ" ötən mövsüm də Juninyonu heyətinə qatmaq istəyib. Lakin müəyyən səbəblərdən keçid rəsmiləşməyib.

Qeyd edək ki, Juninyo daha öncə Braziliyanın "Atletiko Paranaense", "Portimonense", "Villa Nova", Portuqaliyanın "Eştoril" klublarında çıxış edib. O, ötən mövsüm "Şaveş"də 30 oyuna çıxıb, 4 qol vurub.