BolgeXeber.Com » İdman » “Çelsi”nin hücumçusu bu kluba keçə bilər

“Çelsi”nin hücumçusu bu kluba keçə bilər

27-06-2023, 16:58
Oxunub: 3 648
“Çelsi”nin futbolçusu Pyer-Emerik Obameyanq karyerasını Türkiyədə davam etdirə bilər.

Bolgə.TV xəbər verir ki, “Qalatasaray” qabonlu hücumçunu transfer etmək istəyir. Məlumata görə, İstanbul təmsilçisi artıq 34 yaşlı forvard üçün təklif hazırlayıb.

Qeyd edək ki, Obameyanqın London təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır. O, ötən mövsüm 21 oyunda 3 qolla yadda qalıb.