BolgeXeber.Com » İdman » Çempionlar Liqası: “Qarabağ”ın səfər oyununun biletləri satışa çıxarılıb

Çempionlar Liqası: “Qarabağ”ın səfər oyununun biletləri satışa çıxarılıb

1-07-2023, 16:28
Oxunub: 5 104
Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.

Bolgə.TV klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün tribunalar üçün qiymətlər eynidir. Bir biletin qiyməti 5 funt sterlinqdir.

Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.