Avroliqa: Aytraxt qələbələr seriyasını davam etdirir
25-10-2013, 11:10
Oxunub: 7 095
Türk Trabzonsporu isə növbəti qələbəsini qazanıb.
Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilib.
Bolgexeber.com apasport.az-a istinadən xəbər verir ki, qitənin ikinci dərəcəli turnirində bütün görüşləri bir gündə baş tutub.
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun da şərəfini qoruduğu Rusiya “Rubin”i İngiltərədə “Uiqan”la üz-üzə gəlib. Keçirdiyi iki oyunda da məğlub olmayan Qurban Berdiyevin yetirmələri bu matça da qələbə üçün çıxıb. Kazan təmsilçisi ən yaxın təqibçisi ilə oyundan qalib gələ bilməsə də, 1:1 hesabı il bərabərə qalaraq zirvədəki yerini qoruya bilib.
Futbolsevərlərimiz üçün digər maraqlı görüş də Türkiyədə keçirilib. Qardaş ölkənin bu turnirdəki yeganə təmsilçisi “Trabzonspor” doğma azarkeşləri qarşısında Polşanın “Legiya” klubunu qəbul edib. Qrupda ikinci yerdə qərarlaşan Qara dəniz təmsilçisi bu oyunda rəqibini 2:0 hesabı iolə məğlub edərək qrup liderliyinə yüksəlib.
Avropa Liqası, qrup mərhələsi
III tur
A qrupu
“Suonsi” (İngiltərə) – “Kuban” (Rusiya) - 1:1
“Valensiya” (İspaniya) - “Sent Qallen” (İsveçrə) - 5:1
B qrupu
“Çernomorets” (Ukrayna) – “Ludoqorets” (Bolqarısran) - 0:1
“Dinamo” (Xorvatiya) - PSV (Hollandiya) - 0:0
C qrupu
“Elfsborq” (İsveç) – “Esbyerq” (Danimarka) - 1:2
“Zalsburq” (Avstriya) - “Standard” (Belçika) - 2:1
D qrupu
“Uiqan” (İngiltərə) – “Rubin” (Rusiya) - 1:1
“Zulte Varegem” (Belçika) - “Maribor” (Sloveniya) - 1:3
E qrupu
“Pakuş Ferreyra” (Portuqaliya) - “Dnepr” (Ukrayna) - 0:2
“Fiorentina” (İtaliya) - “Panduri” (Rumıniya) - 3:0
F qrupu
“Bordo” (Fransa) – APOEL (Kipr) - 2:1
“Ayntraxt” (Frankfurt, Almaniya) - “Makkabi” (Təl-Əviv, İsrail) - 2:0
G qrupu
“Genk” (Belçika) – “Rapid” (Avstriya)- 1:1
“Dinamo” (Ukrayna) - “Tyun” (İsveçrə)- 3:0
H qrupu
“Liberets” (Çexiya) – “Sevilya” (İspaniya)- 1:1
“Frayburq” (Almaniya) - “Eştoril” (Portuqaliya)- 1:1
I qrupu
“Lion” (Fransa) – “Riyeka” (Xorvatiya)- 1:0
“Betis” (İspaniya) - “Gimaraynş” (Portuqaliya)- 1:0
J qrupu
“Trabzonspor” (Türkiyə) – “Legiya” (Polşa)- 2:0
“Apollon” (Kipr) - “Latsio” (İtaliya)- 0:0
K qrupu
“Anji” (Rusiya) – “Tromse” (Norveç) - 1:0
“Şerif” (Moldova) - “Tottenhem” (İngiltərə)- 0:2
L qrupu
“Şaxtyor” (Qazaxıstan) – “Alkmaar” (Hollandiya) - 1:1
PAOK (Yunanıstan) - “Makkabi” (Hayfa, İsrail) - 3:2
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər