BolgeXeber.Com » İdman » Musa Qurbanlı oynadı, komandası uduzdu

Musa Qurbanlı oynadı, komandası uduzdu

28-07-2023, 12:33
Oxunub: 2 896
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i UEFA Konfrans Liqasına məğlubiyyətlə başlayıb.

Bolgə.TV xəbər verir ki, Stokholmdə İsveçrə "Lütsern"i ilə qarşılaşan komanda rəqibinə 1:2 hesabı ilə uduzub.

Oyuna start heyətində başlayan Qurbanlı 63-cü dəqiqədə Yoel Asoro ilə əvəzlənib. 21 yaşlı forvard meydanda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 3-də keçiriləcək.