Bu gün Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü start götürür
4-08-2023, 11:57
Oxunub: 5 264
Bu gün Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü start götürür.
Bolgə.TV xəbər verir ki, 32-ci dəfə təşkil edilən çempionat 10 komandanın iştirakı ilə dörd dövrədə keçiriləcək. Avqustun 4-ü başlanan çempionata 2024-cü ilin mayın 26-da yekun vurulacaq.
Çempionatın açılış matçı Mərdəkandakı “Dalğa Arena”da olacaq. Ötən mövsüm birinci divizionun qalibi olaraq yüksək liqada iştirak etmək hüququ qazanan “Araz Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Oyun saat 20:00-da başlayacaq. Bu gün cəmi bir matç keçiriləcək.
Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları avqustun 5-də, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" görüşləri isə 6-da keçiriləcək.
Azərbaycan Premyer Liqası, I tur
4 avqust
20:00 Araz-Naxçıvan - Turan Tovuz
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Dalğa Arena”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər