BolgeXeber.Com » İdman » Təbrizli futbolçu güllələndi

Təbrizli futbolçu güllələndi

9-08-2023, 14:43
Oxunub: 3 952
Təbrizin "Oqab mehr" futbol klubunun üzvü Mehdi Mahmudi "Şəhid Əqdəmi" idman zalının qarşısında güllələnərək öldürülüb.

Bolgə.TV xəbər verir ki, bu barədə İran mediyası məlumat yayıb.

Futbolçunun bir neçə güllə yarası alması nəticəsində həyatını itirdiyi bildirilib.

Onun öldürülmə səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Oqab mehr" futbol komandasının oyunçusu Əmir Xudayari də Şahgölü yolunda şübhəli avtomobil qəzasında həyatını itirib.