BolgeXeber.Com » İdman » Neymarın imza atdığı müqavilənin detalları heyrətə gətirdi

Neymarın imza atdığı müqavilənin detalları heyrətə gətirdi

15-08-2023, 14:00
Oxunub: 3 104
“Əl-Hilal” PSJ-nin futbolçusu Neymarı transfer etmək üzrədir.

Bolgə.TV xəbər verir ki, ki, “Əl-Hilal”ın Neymarla razılığa gəldiyi müqavilənin detalları məlum olub. Məlumata görə, “Əl-Hilal”la 2 illik müqavilə imzalayacaq Neymar ümumilikdə 240 milyon avro maaş alacaq. Dünya şöhrətli futbolçuya şəxsi təyyarə, dəbdəbəli malikanə, Səudiyyə Ərəbistanını tanıdan hər paylaşımına və qalibiyyətə görə əlavə ödəniş ediləcək. “Əl-Hilal” Neymar üçün PSJ-yə 90 milyon ödəyəcək.

“Foot Mercato” Neymara təklif olunan müqavilədəki maddələri təqdim edib:

2 illik müqavilə

İllik ödəniş 120 milyon avro

Neymara şəxsi təyyarə ayrılıb

Lüks malikanə

80 min avro uduş bonusu

Səudiyyə Ərəbistanını tanıdan hər hekayə və post üçün 500 min avro.