BolgeXeber.Com » İdman » Lunyov “Qarabağ”da nə qədər qazanacaq?

Lunyov “Qarabağ”da nə qədər qazanacaq?

19-08-2023, 11:46
Oxunub: 5 120
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Bolgə.TV Sport24.ru-ya istinadən xəbər verir ki, “atlılar” rusiyalı qolkiper Andrey Lunyovlə razılaşıb.

31 yaşlı qapıçı artıq Bakıdadır və tibbi müayinədən keçdikdən sonra klubla 2 illik müqavilə imzalayacaq.

Lunyov “Qarabağ”da mövsümə 200 min avro maaş alacaq.

Qeyd edək ki, qolkiper karyerası ərzində “Torpedo”, “İstra”, “Ufa”, “Bayer” və “Zenit”də forma geyinib.