BolgeXeber.Com » İdman » "Qarabağ" 1 milyonluq oyunçunu transfer etmək istəyir

"Qarabağ" 1 milyonluq oyunçunu transfer etmək istəyir

26-08-2023, 15:20
Oxunub: 4 976
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa yaxın olan ”Qarabağ” yeni hücumçu ilə güclənəcək.

Bolgə.TV "Sportinfo.az"a istinadən bildirir ki, hazırda bu mövqeyə iki namizədlə danışıqlar gedir. Onlardan biri “Kolo-Kolo”dan Xordi Tompsondur.

Ağdam təmsilçisi çilili legioneri öncə icarəyə götürmək istəsə də, yerli klub bu təklifi geri çevirib. “Kolo-Kolo” forvardını birdəfəlik satmaq niyyətindədir.

Çilinin U-20 millisinin üzvü ilə "Neftçi" də maraqlanırdı. Lakin bakılılar qiyməti 1 mlyon avro civarında olan gəncə iddiasından son anda əl çəkib.

«Qarabağ» isə bu rəqəmi bir qədər aşağı salmaqla, transferi sentyabrın 5-dək reallaşdırmağa çalışır.

Azərbaycan çempionu bu yay 5 legionerlə anlaşıb. Hamidu Keyta, Juninyo, Patrik Andrade, Andrey Lunyov və Mateus Silva «köhlən atlılar»la münasibətlərini rəsmiləşdirib.