BolgeXeber.Com » İdman » Messi 11 milyona villa aldı

Messi 11 milyona villa aldı

12-09-2023, 18:00
Oxunub: 5 304
“İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi Florida ştatının Fort-Loderdeyl şəhərində özünə 10.75 milyon dollara villa alıb.

Bolgə.TV xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, ümumi sahəsi 975 kv.m malikanədə 9 vanna, 8 yataq otağı, 3 avtomobillik qaraj və hovuz var.

Dənizə çıxışı olan villanın ərazisində spa salonu və fitnes mərkəzi də var.