BolgeXeber.Com » İdman » Dünyanın ən məşhur 10 derbisi açıqlandı

Dünyanın ən məşhur 10 derbisi açıqlandı

13-10-2023, 20:45
Oxunub: 1 760
“FourFourTwo” nəşri dünyanın futbol üzrə ən məşhur 10 derbisini açıqlayıb.

Bolgə.TV xəbər verir ki, 10 oyunun olduğu siyahının ilk pilləsində Argentinada “River Pleyt” və “Boka Xuniors” komandaları arasında keçirilən prinsipial qarşılaşma yer alıb.

Şotlandiyada “Seltik” – “Reyncers” dueli ikinci, İspaniyada “Real Madrid” – “Barselona” görüşü üçüncüdür. Türkiyədə “Fənərbağça” və “Qalatasaray” kollektivləri arasında oynanılan İstanbul derbisi isə 4-cü sırada qərarlaşıb.

Dünyanın ən məşhur 10 derbisi:

1. “River Pleyt” – “Boka Xuniors” (Argentina)

2. “Seltik” – “Reyncers” (Şotlandiya)

3. “Real Madrid” – “Barselona” (İspaniya)

4. “Fənərbağça” – “Qalatasaray” (Türkiyə)

5. “Borussiya” (Dortmund) – “Şalke” (Almaniya)

6. “Mançester Yunayted” – “Liverpul” (İngiltərə)

7. “Roma” – “Latsio” (İtaliya)

8. “Əl-Əhli” – “Zamalek” (Misir)

9. “Marsel” – PSJ (Fransa)

10. “Milan” – “İnter” (İtaliya)