BolgeXeber.Com » İdman » UEFA-dan Belçika-İsveç oyunu ilə bağlı qərar

UEFA-dan Belçika-İsveç oyunu ilə bağlı qərar

20-10-2023, 17:12
Oxunub: 5 432
Avro-2024-ün seçmə mərhələsində keçirilən Belçika-İsveç oyunu ilə bağlı qərar verilib.

Bolgə.TV xəbər verir ki, UEFA yarımçıq dayandırılan görüşün davam etdirilməməsini məqsədəuyğun bilib.

Qeyd edək ki, oktyabrın 16-da baş tutan matç zamanı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar. Həmin vaxt hesab 1:1 olub. Qitə futbol qurumu ikinci hissənin oynanılmamasını, 1:1-in yekun hesab kimi qəbul edilməsini qərara alıb.

Bu üzdən F qrupunda yer alan komandaların hərəsinə 1 xal verilib. Sarı vərəqələr və vurulan qollar qüvvədə saxlanılıb.