BolgeXeber.Com » İdman » Türkiyə Bakını yox, Ər-Riyadı seçdi

Türkiyə Bakını yox, Ər-Riyadı seçdi

21-10-2023, 11:33
Oxunub: 1 552
Türkiyə Super Kuboku uğrunda oyununun keçiriləcəyi ölkə müəyyənləşib.

Bolgə.TV xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyası (TFF) yayıb.

Bildirilib ki, son çempion “Qalatasaray”la kubokun qalibi “Fənərbağça” arasındakı matç Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunacaq.

Oyun dekabrın 30-na təyin edilib. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, görüşün Bakıda təşkil ediləcəyi ilə bağlı xəbərlər var idi. Lakin TFF prezidenti Mehmet Böyükekşi son açıqlamasında Səudiyyə Ərəbistanı variantının daha qazanclı olduğunu bildirmişdi.