Böyük Dəbilqə: Xanım cüdoçumuz bürünc medal qazandı
24-10-2023, 17:51
Oxunub: 4 104
Azərbaycan cüdoçusu Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
Bolgə.TV xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı İtaliya təmsilçisi Françeska Milanini ipponla məğlub edərək buna nail olub.
66 kq çəkidə yarışan Ruslan Paşayev də bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, BƏƏ-dən olan Narmandah Bayanmunhla üz-üzə gələcək.
Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
Bolgə.TV xəbər verir ki, Ruslan Paşayev (66 kq) və Leyla Əliyeva (48 kq) yarımfinalda uduzsalar da, medal qazanmaq şanslarını saxlayırlar.
Onlar həlledici qarşılaşmada müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh və italiyalı Françeska Milani ilə görüşəcəklər.
Bu gün mübarizəyə qoşulan Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kəramət Hüseynov (66 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) medal qazanmaq şanslarını itiriblər.
Qeyd edək ki, Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər