Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib
1-12-2023, 15:20
Oxunub: 3 848
Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Sərhədçi” İdman Mərkəzində davam edən tədbirdə qaliblərə kubok, tutduqları yerlər üzrə qızıl, gümüş, bürünc medallar və fəxri diplom təqdim edilib.
Çempionatın ikinci günü 7 güləşçimiz (5 kişi, 2 qadın) 2 qızıl, bir gümüş və 2 bürünc medal əldə edərək Dövlət Himnimizi səsləndirib, zəfər bayrağımızı zirvəyə ucaldıb.
Mübarizənin sonunda güləşçilərimiz Orxan Abbasov (79 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) bürünc, qadınlardan isə Ruzanna Məmmədova (59 kq) qızıl, Gültəkin Şirinova (53 kq) bürünc medal qazanaraq fəxri kürsüdə layiq olduqları yeri tutublar.
Bununla da hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında kişilərdən ibarət sərbəst güləş üzrə millimiz 5 qızıl - Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), İbrahim Yusubov (92 kq), bir gümüş - Ceyhun Allahverdiyev (61 kq) və bir bürünc - Fərid Cabbarov (86 kq) medal qazanaraq dünya çempionu kubokunun sahibi olub.
İran millisi çempionatda ikinci, Türkiyə millisi isə üçüncü yerdə qərarlaşıb.
“Sərhədçi” İdman Mərkəzində davam edən, ölkəmizin 26 güləşçi ilə təmsil olunduğu çempionat dekabrın 3-də başa çatacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər