Messidən BÖYÜK UĞUR
6-12-2023, 08:16
Oxunub: 1 832
“İnter Mayami” və futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi “Taym” jurnalının versiyasına əsasən, ilin idmançısı seçilib.
Bolgə.TV xəbər verir ki, bu barədə məlumat jurnalın saytında yerləşdirilib.
2022-ci ilin sonunda hücumçu milli komandasına Qətərdə Dünya Kubokunu qazanmağa kömək edib və turnirin ən yaxşı oyunçusu seçilib. Bu yay Şimali Amerikanın Əsas Futbol Liqasında (MLS) "İnter Mayami" klubu ilə müqavilə bağlayıb və klubda Liqalar Kubokunu qazanıb. Bundan əlavə, 2023-cü ildə argentinalı hücumçu PSJ klubunda Fransa çempionu olub.
Messi daha əvvəl "FourFourTwo"nun versiyasına görə, XXI əsrin ən yaxşı futbolçusu seçilib. İkinci yerdə "əl-Nəsra" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.
Oktyabrın 30-da Messi futbol karyerasında səkkizinci dəfə "Qızıl top"un sahibi olub. O, daha əvvəl bu mükafatı 2009, 2011, 2012, 2013, 2016, 2019 və 2021-ci illərdə əldə edib
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər