BolgeXeber.Com » İdman » "Qalatasaray"-"Fənər" oyunu Xankəndidə keçirilsin - Oğan

"Qalatasaray"-"Fənər" oyunu Xankəndidə keçirilsin - Oğan

30-12-2023, 12:36
Oxunub: 2 064

Türkiyəli siyasətçi Sinan Oğan "Qalatasaray"- "Fənərbağça" oyununun Xankəndi stadionunda keçirilməsini təklif edib.


Bolgə.TV xəbər verir ki, bu barədə o, X sosial hesabında bildirilib.

“Mütləq ölkə xaricində oynamaq istəyirsinizsə, Xankəndi stadionunu tövsiyə edirəm”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, dünən Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib.