Nazir: Azərbaycan millisi tarixi uğura imza atıb
15-02-2024, 08:31
Oxunub: 4 408
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.
Bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov X hesabında bildirib.
"Yunan-Roma güləşi üzrə Azərbaycan millisindən tarixi uğur! Yığma komandamız Azərbaycan güləşi tarixində ilk dəfə Avropa Çempionatında 3 qızıl medal qazanmağa nail olub. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşaraq, qızıl medala layiq görülüblər. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş medal, Beka Kandelaki (130 kq) bürünc medal qazanıblar.
Güləşçilərimizi və məşqçilərimizi bu tarixi uğura görə təbrik edir, növbəti yarışlarda uğurlar arzu edirik!
Avropa çempionatında finala yüksəlmiş Mariya Stadnik (50 kq) və Alyona Kolesnikə (59 kq), eləcə də digər qadın güləşçilərimizə və sərbəst güləş üzrə milli yığma komandamızın üzvlərinə müvəffəqiyyətlər diləyirik", - paylaşımda qeyd olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər