"Dünya Çempionatı 2014"-ün 32 iştirakçısı bəlli oldu
22-11-2013, 09:35
Oxunub: 6 708
2014-cü il iyunun 12-dən iyulun 13-dək Braziliyada keçiriləcək futbol üzrə XX dünya çempionatının final turnirinin iştirakçıları olan 32 yığma komandanın hamısı müəyyən olunub. "Axar.az"ın xəbərinə görə, Braziliya yığması çempionatda iştirak etmək hüququnu turnirin ev sahibi kimi qazanıb, qalan 31 komanda isə seçmə matçların yekunlarına əsasən müəyyən olunub. Avropanı dünya çempionatında 13 komanda – İngiltərə, Belçika, Bosniya və Herseqovina, Almaniya, Yunanıstan, hazırkı dünya çempionu İspaniya, İtaliya, Niderland, Portuqaliya, Rusiya, Fransa, Xorvatiya və İsveçrə yığmaları təmsil edəcək. Dünya çempionatında Cənubi Amerikanı Braziliya yığmasından başqa Argentina, Kolumbiya, Meksika, Uruqvay, Çili və Ekvador yığmaları təmsil edəcəklər. Afrika beş yığma ilə təmsil olunacaq - Əlcəzair, Qana, Kamerun, Kot-d'İvuar və Nigeriya. Asiyadan dünya çempionatına cəmi üç komanda vəsiqə qazanıb: İran, Koreya Respublikası və Yaponiya. Asiya regionunun seçmə turnirində oynayan Avstraliya yığması da final mərhələsinə yol tapıb. Şimali və Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi Ölkələri Futbol Konfederasiyası adından turnirə Honduras, Kosta-Rika və ABŞ komandaları qatılacaqlar. Dünya çempionatının final turnirinin püşkatma mərasimi 2013-cü il dekabrın 6-da Braziliyanın Kosta-du-Sauipe kurort şəhərində (Baiya ştatı) yerli vaxtla 13.00-da (Bakı vaxtilə 19.00-da) keçiriləcək. Braziliyada dünya çempionatı ölkənin 12 şəhərində - Rio-de-Janeyro, Resifi, Salvadore, San-Paulu, Portu-Aleqri, Manause, Fortaleze, Natale, Belu-Orizonti, Brazilia, Kuyabe, Kuritibe şəhərlərində keçiriləcək. Yarımfinal görüşləri Belu-Orizonti şəhərinin “Mineyran” və San-Paulu şəhərinin “Arena Korintians” stadionlarında, həlledici görüş isə Rio-de-Janeyronun “Marakana” stadionunda keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər