"Qarabağ" "Bayer"ə qarşı: Möcüzə reallaşacaq?
14-03-2024, 09:49
Oxunub: 3 528
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Bolgə.TV xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da bu mərhələnin cavab matçına çıxacaq. Ağdam klubu Almaniyada "Bayer"in qonağı olacaq. Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu məqam cavab matçının gərginliyini artırır.
Təmsilçimiz bu gecə mərhələ adlamağı bacarsa, Azərbaycan futbolu adına daha bir tarix yazacaq.
"Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır. Leverkuzenlilər bütün turnirlər daxil olmaqla, 36 oyundur uduzmur.
Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.
Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.
UEFA Avropa Liqası: 1/8 final mərhələsi, cavab oyunu
14 mart
00:00 Bayer - Qarabağ (İlk oyun - 2:2)
Baş hakim: Entoni Teylor.
Leverkuzen, "BayArena".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər