BolgeXeber.Com » İdman » "Neftçi"nin oyunu buna görə ləğv olundu

"Neftçi"nin oyunu buna görə ləğv olundu

23-03-2024, 16:57
Oxunub: 2 264
“Neftçi” ilə “Spartak” arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü ləğv olunub.

Bolgə.TV xəbər verir ki, bu gün keçirilməli olan matç Rusiya klubunun xahişi ilə ləğv olunub.
Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.
“Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyimizi bildirir, başsağlığı veririk.
Klubdan bildirilib ki, oyun üçün alınmış biletlər qaytarılacaq.
Qeyd edək ki, "Neftçi" və "Spartak" arasında yoldaşlıq matçı martın 23-ü saat 18:00-da keçiriləcəkdi.