BolgeXeber.Com » İdman » AFFA region klubunu yarışlardan kənarlaşdırıb

AFFA region klubunu yarışlardan kənarlaşdırıb

27-03-2024, 16:54
Oxunub: 1 872
AFFA U-11 liqasında mübarizə aparan "Hacıqabul Şərq" komandasını yarışlardan kənarlaşdırıb.
 
Bolgə.TV xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar verib.
 
U-11 Liqasında keçirilməli olan “İmişli” – “Hacıqabul Şərq” oyunu qonaq komanda təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.
 
Bu səbəbdən Hacıqabul təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda artıq 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.
 
U-11 Liqasında Gəncənin "Azəri" komandası texniki məğlubiyyətlə üzləşib. Baş məşqçi Elşən Əliyev qarşılaşmanın 24-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılıb. Ardınca mütəxəssis meydanı tərk etmədiyinə görə oyun yarımçıq dayandırılıb.
 
Region Liqasında keçirilməli olan “İrəvan” İK – “City Baku” matçında ev sahibi komanda təyin edilən vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət alıb.
 
Region Liqasında yenidən keçirilməsi nəzərdə tutulan “VT Gəncə” – “Balakən” FK oyununa qonaqlar gəlməyib. Görüş baş tutmadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.