BolgeXeber.Com » İdman » Əfsanəvi futbolçu öldü

Əfsanəvi futbolçu öldü

12-04-2024, 13:21
Oxunub: 1 640
ABŞ-ın ən məşhur amerikan futbolçularından biri olan OJ Simpson 76 yaşında vəfat edib.

Bolgə.TV xəbər verir ki, ailəsindən verilən açıqlamada bir müddətdir xərçəng xəstəliyindən müalicə olunan Simpsonun uşaqları və nəvələrinin yanında olarkən dünyasını dəyişdiyi bildirilib.
Simpson bir mövsümdə 2000 yarddan çox qaçan ilk Milli Futbol Liqası (Amerika futbolu) oyunçusudur. O, həm də aktyor idi və “Çılpaq silah” trilogiyasındakı rolu ilə tamaşaçıların yaddaşında qaldı.
Simpsonun həyatının cinayət tərəfi də var idi. Aktyor keçmiş həyat yoldaşını və təsadüfən şahidi qətlə yetirməkdə ittiham olunurdu. Daha sonra bəraət qazandı, lakin məhkəmə onu 33,5 milyon dollar təzminat ödəməyə məcbur etdi.
2008-ci ildə o, silahlı soyğunçuluq və adam oğurluğuna görə 33 il müddətinə azadlıqdan məhrum edilib. Doqquz il sonra şərti azadlığa buraxılıb.