“Trabzonspor” və “Ayntraxt” qələbə qazandı, “Uiqan” uduzdu
29-11-2013, 11:30
Oxunub: 6 181
UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, ikinci dərəcəli qitə turnirində bütün qarşılaşmalar eyni gündə baş tutub.
Türkiyənin Avroliqada yeganə təmsilçisi “Trabzonspor” doğma meydanda Kiprin “Apallon” klubu ilə qarşılaşıb. Bu görüşdə 4:2 hesabı ilə qələbə qazanan Trabzon təmsilçisi liderliyini qoruyub.
Milli komandamızın üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Sloveniyanın “Maribor” klubunu qəbul edib. Kazan təmsilçisi rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıblar – 1:1.”Qarabağ”ı Avroliqanın qrup mərhələsinə düşməkdən məhrum edən “Ayntraxt” səfərdə “Bordo” ilə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Lanigin görüşün 83-cü dəqiqəsində vurduğu qol Frankfurt təmsilçisinə qələbə qazandırıb – 1:0.
“İnter”i Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Tromse” öz meydanında “Tottenhem”lə qarşılaşıb. Fasilədən sonra iki qol vuran London təmsilçisi görüşdən 3 xalla ayrılıb – 2:0.
28 noyabr
Avropa Liqası, V tur
A qrupu
21:00. “Kuban” (Rusiya) – “Sent Qallen” (İsveçrə) - 4:0
Qollar: Melqareyo, 3 (1:0), İqnatyev, 54 (2:0), Melqareyo, 71 (3:0), Kabore, 90 (4:0)
00:05. “Suonsi” (İngiltərə)- “Valensiya” (İspaniya) – 0:1
Qol: Parexo, 20 (0:1)Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər