BolgeXeber.Com » İdman » Bu gün “Qarabağ”la “Neftçi” üz-üzə gələcək

Bu gün “Qarabağ”la “Neftçi” üz-üzə gələcək

4-05-2024, 10:37
Oxunub: 1 312
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tur start götürəcək.

Bolgə.TV xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Əvvəlcə Tovuz şəhər stadionunda “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Matçın start fiti saat 16:30-da səsləndiriləcək.
Günün digər oyunu iki əzəli rəqib – “Qarabağ”la “Neftçi” arasında keçiriləcək. Qarşılaşma 19:30-da “Azersun Arena”da başlayacaq.
Qeyd edək ki, turun qalan oyunları mayın 5-6-da keçiriləcək.