BolgeXeber.Com » İdman » “Traktor” azarkeşsiz oynadı, qalib gəldi

“Traktor” azarkeşsiz oynadı, qalib gəldi

29-05-2024, 11:13
Oxunub: 2 920
Güney Azərbaycanın “Traktor” futbol klubu İran Premyer Liqasının 29-cu həftəsinin oyunları çərçivəsində növbəti görüşünü keçirib.

Bolgə.TV xəbər verir ki, Azərbaycan təmsilçisi Təbrizin “Səhənd” stadionunda Gilanın “Mələvan” komandası ilə qarşılaşıb.
Mayın 28-i yerli vaxtla axşam saat 20:00-da keçirilən oyun Təbriz klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 51-ə yüksəldən “Traktor” 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, İran Futbol Federasiyası “Traktor” klubunu cəzalandırdığı üçün qarşılaşma azarkeşsiz baş tutub.