Avro 2024-ün qalibi və iştirakçıları nə qədər qazanacaqlar?
14-06-2024, 12:29
Oxunub: 3 360
Qarşıdakı bir ay ərzində komandalar təkcə Avropa çempionatının kuboku uğrunda deyil, həm də pul mükafatları uğrunda mübarizə aparacaqlar.
BolgƏ.tv xarici mətbuata istinadən xəbər verir ki, Avro 2024-də məbləğ son turnirdəki kimi - 331 milyon avro qalıb.
Belə ki, Avro-2020-nin mükafat fondu daha böyük olmalı idi, lakin pandemiya səbəbindən azaldı və bu dəfə artırmamaq qərarına gəldilər.
Vəsait aşağıdakı kimi paylanacaq:
Qrup mərhələsinə düşmək – € 9,25 milyon hər iştirakçı komanda onu alacaq;
Qələbəyə görə pul mükafatı – 1 milyon avro;
Heç-heçə üçün bonus – 500 min avro;
1/8 finala vəsiqə – 1,5 milyon avro;
1/4 finala çıxmaq – 2,5 milyon avro;
Yarımfinala çıxmaq – 4 milyon avro;
İkinci yer – 5 milyon avro;
Qalib – 8 milyon avro
Qrupdakı hər üç matçda qalib gəlsə, çempionun ala biləcəyi maksimum məbləğ 28,25 milyon avrodur.