"Neftçi" bu futbolçu ilə yollarını ayırdı
21-06-2024, 16:15
Oxunub: 3 416
Neftçi” klubu futbolçusu Eddi İsrafilovla yollarını ayırıb.
Bolgə.TV xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Onun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunan 31 yaşlı yarımmüdafiəçi bu müddət ərzində “Neftçi”nin heyətində meydana çıxdığı 71 oyunda 7 qol vurub.