BolgeXeber.Com » İdman » "Neftçi" iki futbolçusu ilə yolları ayırdı

"Neftçi" iki futbolçusu ilə yolları ayırdı

28-06-2024, 12:28
Oxunub: 2 616
"Neftçi" iki futbolçusu ilə yolları ayırıb.

Bolgə.TV xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qeyd olunub ki, qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Ata Caber "Ağ-qaralar"dan ayrılıb.
Xatırladaq ki, A.Məmmədov 2015/2016 mövsümündə və 2019-cu ildən 2024-cü ilədək "Neftçi"nin heyətində 112 oyun keçirib. 2022-ci ilin iyununda transfer olunmuş Caber isə "Neftçi"nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub.