"Qarabağ"da növbəti ayrılıq
9-07-2024, 15:22
Oxunub: 3 440
"Qarabağ" qapıçısı Luka Quqeşaşvili ilə yolları ayırıb.
Bolgə.TV xəbər verir ki, Gürcüstan millisinin qolkiperi Yunanıstanın "Panserraikos" klubuna transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb.
O, Superliqa təmsilçisi ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalayıb.
Qeyd edək ki, L.Quqeşaşvili 2022-ci ildən "Qarabağ"da oynayırdı.