Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Bolgə.TV xəbər verir ki, mərasimdə Azərbaycan çempionu "Qarabağ"-"Linkoln" qarşılaşmasında uğursuzunun da mümkün rəqibi bəlli olacaq. II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcəklər.
Çempionluq yolunda Çempionlar Liqasının 12 cütünün məğlubu mübarizə aparacaq. Əsas yolda isə Avropa Liqasının II təsnifat mərhələsinin 9 qalibi və mübarizəyə yeni qoşulacaq 3 komanda iştirak edəcək.
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Çempionlar yolu
Səpələnmişlər
"Linkoln" - "Qarabağ" cütünün məğlubu
"Şemrok Rovers" - "Sparta" cütünün məğlubu
"Malmö" - "Klaksvik" cütünün məğlubu
"Bodo Qlimt" - RFŞ cütünün məğlubu
"Styaua" - "Makkabi" (Təl-Əviv) cütünün məğlubu
"Ferentsvaroş" - TNS cütünün məğlubu
Səpələnməmişlər
"Lüdoqorets" - "Dinamo" Mn cütünün məğlubu
APOEL - "Petrokub" cütünün məğlubu
"Panevejis" - "Yagellonya" cütünün məğlubu
"Santa Koloma" - "Midtulland" cütünün məğlubu
PAOK - "Borats" cütünün məğlubu
"Selye" - "Slovan" cütünün məğlubu
Əsas yol
Səpələnmişlər
"Ayaks" - "Voyvodina" cütünün qalibi
"Braqa" - "Makkabi" PT cütünün qalibi
"Molde" - "Silkeborq" cütünün qalibi
"Viktoriya Plzen"
"Visla" - "Rapid" cütünün qalibi
"Şerif" - "Elfsborq" cütünün qalibi
"Dinamo Kiyev" - "Partizan" cütünün məğlubu
Səpələnməmişlər
"Rujomberok" - "Trabzonspor" cütünün qalibi
"Kilmarnok" - "Serkl Brügge" cütünün qalibi
"Hunedoara" - "Riyeka" cütünün qalibi
"Panatinaikos" - "Maribor" cütünün qalibi
"Servett"
"Krivbass"
"Luqano" - "Fənərbağça" cütünün məğlubu
Qeyd edək ki, bu raundun görüşləri avqustun 8-də və 15-də keçiriləcək.