Paris-2024: Avarçəkənimiz 1/4 finala vəsiqə qazandı
27-07-2024, 13:33
Oxunub: 3 000
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarına uğurla başlayıb.
Bolgə.TV xəbər verir ki, idmançımız 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü olaraq 1/4 finala vəsiqə qazanıb.
Diana Dımçenko 1/4 finaldakı mübarizəsinə iyulun 29-da çıxacaq.